Qaxda 31 yaşlı kişi itkin düşüb - FOTO

Qaxda 31 yaşlı kişi itkin düşüb - <span class="red_color">FOTO

© APA | Babayev Nail Tacik oğlu

# 24 iyun 2021 16:47 (UTC +04:00)

Abşeron rayon sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Həmin şəxsin əlamətləri-boyu 164 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub. 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR