Qaxda ağır yol qəzasında yaralananların kimliyi məlum olub - VİDEO - YENİLƏNİB-1

Qaxda ağır yol qəzasında yaralananların kimliyi məlum olub - VİDEO  - YENİLƏNİB-1
# 16 iyun 2021 01:14 (UTC +04:00)

Qaxda baş verən ağır yol qəzasında yaralananların şəxsiyyəti məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, «Daewoo» markalı minik avtomobilində olanlar Qax rayonu Ləkit kənd sakinləri bunlardl:

2004-cü il təvəllüdlü Arzu Allahverdi qızı Əliyeva,
2004-cü il təvəllüdlü Nabat Murad qızı Muradova,
2003-cü il təvəllüdlü Sərdar Mahmud oğlu Orucov.

Mikroavtobusda olan Balakən rayon sakinləri isə bunlardl:

1994-cü il təvəllüdlü Əliyə Babək qızı Əfəndiyeva,
1962-ci il təvəllüdlü Sevil Mahama qızı Musayeva,
1984-cü il təvəllüdlü İlkin Bayram oğlu Həsənov,
1973-cü il təvəllüdlü İdrət Kamal oğlu Həsənov.

Yaralıların vəziyyətlərinin ağır və orta-ağır olduqları bildirilir.

***

23:20

Qaxda yol qəzası zamanı ölən şəxs rayonun Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfər Şamil oğlu Cəfərovdu.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, “Daewoo” markalı minik avtomobilini idarə edən C.Cəfərov bu il orta məktəbi qutaran məzundu. Qəza zamanı onun idarə etdiyi avtomobildə yaralananlardan da məzun olanları var.

***

22:44

Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilində olan sərnişin ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR