Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Qaxda avtomobil ağaca çırpılıb, xəsarət alan var - VİDEO  - YENİLƏNİB
# 19 iyun 2021 10:21 (UTC +04:00)

Qaxda minik avtomobili ağaca çırpılıb, yaralılar var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qax-Zaqatala yolunun, Qax rayonu Güllük kənd ərazisindən keçən hissəsində baş verib.

"Mersedes" markalı minik avtomobili Qax rayonundan, Zaqatala rayon istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR