Qaxda baş vermiş qəzada xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏNİB

Qaxda baş vermiş qəzada xəsarət alanların adları məlum olub - FOTO  - YENİLƏNİB
# 12 oktyabr 2021 20:51 (UTC +04:00)

Qax rayonunda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar Qax rayonu, Əmbərçay kənd sakinləridir.

Bunlar motosikletin sürücüsü 1997-ci il təvəllüdlü Emil Müzəffər oğlu Babayev və onun sərnişini, 1996-cı il təvəllüdlü Səid İbrahim oğlu Abdullayevdir. Onların müalicəsi Qax RMX-nin Cərrahiyyə şöbəsində aparılır.

***

Saat 19:35

Qaxda motosikletlə avtomobil toqquşub, iki nəfər ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Qum avtomobil yolunda baş verib.

İlkin məlumata görə, “Toyota” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, minik avtomobili BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR