Qaxda başqasının “Topaz” hesabından oğurluq edən şəxs saxlanılıb

Topaz

© APA | Topaz

# 16 noyabr 2021 11:19 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş onun “etopaz.az” hesabında olan 2850 manat pulun naməlum şəxs tərəfindən istifadə edildiyi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat zamanı həmin şəxsin Qax şəhər sakini Fərhad Omarov olduğu müəyyən edilib və o, saxlanılıb. F.Omarov ifadəsində əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR