Qaxda 45 yaşlı kişi yol qəzası zamanı xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Zəyəm kənd sakini 1976-cı il təvəllüdlü İnqİlab Balı oğlu Balıyev sol budun cırılmış və kəllə-beyin travması xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı İ. Balıyev yıxılaraq xəsarət aldığı bildirsə də, sonradan məlum olub ki, o yol qəzası zamanı xəsarət alıb. İ. Balıyevin müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.