Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb
# 25 avqust 2021 12:21 (UTC +04:00)

Qax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı dağlıq ərazidə 200 m² sahədə kol-kos və 2 ədəd palıq ağacı yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR