Qaxda elektron qolbaq daşıyan şəxs və yetkinlik yaşına çatmayan qız oğurluğa görə tutulub

Qax rayon Polis Şöbəsi

© APA | Qax rayon Polis Şöbəsi

# 15 oktyabr 2021 13:59 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən pul, tütün məmulatları və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən Xaçmaz rayon sakini İsa Kərimov və Qax şəhər sakini olan yetkinlik yaşına çatmayan qız saxlanılıb. Onlarla əlbir olan digər iki nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərin Qax şəhəri ərazisindəki evlərin birindən tir tüfəngi, eləcə də Bərdə, Xaçmaz və Zaqatala rayonlarında yerləşən mağazalardan, evlərdən pul və ərzaq məhsulları oğurladıqları da məlum olub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, digər iki nəfərin saxlanılması istiqamətində zəruri əməliyyat- istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR