Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

Qaxda evdə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb
# 17 noyabr 2021 19:40 (UTC +04:00)

Qax rayonunda 84 yaşlı qadın yanıq xəsarətləri alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qıpçaq kəndində baş verib.

1937-ci il təvəllüdlü Qıpçaq kənd sakini Məmmədova Nina Makrovna yuxarı ətrafların, aşağı ətrafların və üz nahiyəsinin yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 84 yaşlı qadının yaşadığı ünvanda yanıq xəsarətləri aldığı məlum olub. Ona 2-ci dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

İlkin məlumata görə, N. Məmmədova yaşadığı ünvanda qaz sızması nəticəsində yaranan partlayış səbəbindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR