Qaxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb 

Qaxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb 
# 15 iyul 2021 21:30 (UTC +04:00)

Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Ləkit kənd sakini Fikrət Zabit oğlu Saadovu bıçaqlayaraq hadisə yerindən qaçan Fərman Maqsudov sübhəli şəxs qismində saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Şəki Regional Qrupundan bildirilib.
Qeyd edək ki, iyulun 14-ü axşam 23 radələrində rayon Ləkit kənd ərazisində F. Saadovla F. Maqsudov arasında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı F.Maqsudov üzərində olan bıçaqla F. Saadovun döş qəfəsinin sol nahiyəsindən bıçaqlayıb.

Bıçaq yarası xəsarəti alan F.Saadova Qax Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Qax rayon PŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR