Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb

Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb

© APA | Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb

# 18 avqust 2021 11:22 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən rayonun Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 2 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. Götürülən maddi sübutlat müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR