Qaxda meşədə yabanı halda bitən 3 ton çətənə kolu məhv edilib - FOTO

Qax, narkotik

© APA | Qax, narkotik

# 24 may 2021 10:38 (UTC +04:00)

“Xaşxaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR