Qaxda polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb - YENİLƏNİB - VİDEO

Qaxda polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb - YENİLƏNİB  - VİDEO
# 21 may 2021 15:19 (UTC +04:00)

Qaxda polis əməkdaşına atəş açılması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sözügedən polis əməkdaşı səhər işə gələrkən yolun kənarında iki nəfər silahlı şəxs görüb. Polis həmin şəxslərə yaxınlaşaraq silahın qanuni olub-olmadığı ilə maraqlanıb. Bu zaman onlardan biri polisə atəş açıb. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

14.42

Qaxda polis əməkdaşı əlindən yaralanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Alatəmir kənd ərazisində baş verib. Rayonunun Çüdüllü kənd sakini, Qax rayon Polis Şöbəsinin çavuşu Hacıməhəmməd Fəxrəddin oğlu Hətəmov hələki adı açıqlanmayan rayon sakini ilə aralarında yaranan mübahisə zəminində qarşı tərəfin istifadə etdiyi ov tüfəngindən açılan atəş nəticəsində əlindən yaralanıb.

Hazırda həmin ərazidə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR