Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb

Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb
# 22 oktyabr 2021 09:00 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, araşdırma zamanı onların Şəki rayonu Cumakənd kənd sakinləri Ramil Şərifov və Çingiz Cəmilov olduqları müəyyən edilib.

Həmin şəxslərdən ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl heyvanları götürülüb.

R.Şərifov və Ç.Cəmilov barəsində Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR