Qaxda su sexində partlayış olub, ölən var - YENİLƏNİB - FOTO - VİDEO

Qaxda su sexində partlayış olub, ölən var - <span class="red_color">YENİLƏNİB - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO
# 24 iyun 2021 14:48 (UTC +04:00)

Qaxda mineral su sexində partlayış olub, sexin işçisi faciəli şəkildə ölüb.
APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında rayonun Süskənd kənd inzibati ərazisində yerləşən "Qax Mineral Su - İlham” firmasında baş verib. 
Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Balonun partlaması zamanı yaranan zərbənin gücündən firmanın ərazidə olan əməkdaşı, Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanov ağır xəsarətlər alaraq ölüb.

Hadisə baş verən an ərazidə olan sexin daha bir işçisi 1982-ci il təvəllüdlü Rizugər Mehman qızı Verdiyeva güclü stres keçirib. R. Verdiyeva müayinə üçün Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

 

***

12.40

Qaxda su sexində partlayış olub, bir nəfər ölüb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu ərazisində yerləşən su sexlərinin birində baş verib. Partlayış zamanı sexdə nəzarətci işləyən Qax rayon sakini Aydın Şabanov hadisə yerində dünyasını dəyişib.

Faktla baglı araşdırma aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR