Qaxda yol qəzasında 17 yaşlı gənc xəsarət alıb - FOTO

Qaxda yol qəzasında 17 yaşlı gənc xəsarət alıb - FOTO
# 06 noyabr 2021 16:13 (UTC +04:00)

Qaxda baş verən yol qəzasında 17 yaşlı gənc xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Eyni istiqamətdə hərəkətdə olan "BMW X5" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra hər iki avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobillərdə olan bir nəfər, Qax şəhər sakini, 17 yaşlı Rəvan Sənan oğlu Qarayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR