Qazax polisi rayon sakinindən narkotik götürüb

Qazax polisi rayon sakinindən narkotik götürüb
# 12 iyul 2021 20:52 (UTC +04:00)

Qazax sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini İlham Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı Qazax RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR