Qazax sakini dəm qazından zəhərlənərək ölüb - YENİLƏNİB

Qazax sakini dəm qazından zəhərlənərək ölüb - YENİLƏNİB
# 03 oktyabr 2021 09:09 (UTC +04:00)

Qazaxda dəm qazından zəhərlən qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq 1968-ci il təvəllüdlü Qəmər Ömərova bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

* **

2 oktyabr saat 20.45

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

1968-ci il təvəllüdlü Qəmər Ömərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Q.Ömərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR