Qazax rayon sakini ayağından xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
1980-ci il təvəllüdlü Ayaz Eminalıyev sağ budun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyəti kafidir. 41 yaşlı kişinin dediyinə görə yaşadığı evin damında iş görən zaman hündürlükdən yıxılaraq xəsarət alıb. Hadisənin səbəbləri araşdırılır.