Qazax sakini spirtli içkinin təsirindən dünyasını dəyişib

Qazax sakini spirtli içkinin təsirindən dünyasını dəyişib
# 27 iyun 2021 08:41 (UTC +04:00)

Qazax rayon sakini qəfildən dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

50 yaşlı Qurbanov Təmiraz Comərd oğlunun yaşadığı evdə halı pisləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılıb. Çağırışa gələn həkimlər 50 yaşlı kişinin artıq dünyasını dəyişdiyini müəyyən ediblər.

Yaxınlarının sözlərinə görə, spirtli içkinin təsirindən T.Qurbanovun halı pisləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR