Qazax sakininə zor tətbiq edilərək 9 min dolları əlindən alınıb

Qazax sakininə zor tətbiq edilərək 9 min dolları əlindən alınıb
# 09 oktyabr 2021 12:54 (UTC +04:00)

Qazax sakininə 4 nəfər tərəfindən zor tətbiq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinə Canallı kəndindəki evlərin birində 4 nəfərin H. Bayramova zor tətbiq edərək 9400 ABŞ dollarını alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K. Əhmədov, R. Nəsibov və R. Abdullayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla ev sahibəsi T. Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilib və o da saxlanılıb.

Faktla bağlı Qazax RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR