Qazax sakinini Ağstafada elektrik cərəyanı vurub, xəsarət alıb

Qazax sakinini Ağstafada elektrik cərəyanı vurub, xəsarət alıb
# 01 avqust 2021 13:27 (UTC +04:00)

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xətai kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Orxan Eminov bədənin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 30 yaşlı kişi usta işlədiyi evdə elektrik xəttini düzəldən zaman yanıq xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR