Göldə batan Qazax sakininin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib - VİDEO - YENİLƏNİB

Göldə batan Qazax sakininin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib - VİDEO  - YENİLƏNİB
# 24 iyul 2021 00:10 (UTC +04:00)

Qazax rayonu, Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, A.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

23 iyul, saat 20:22

Qazaxda kişi göldə batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balaçaylı kəndində göldə qeydə alınıb.

1987-ci il təvəllüdlü Anar Bayramov göldə çimən zaman boğlub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Hazırda 34 yaşlı kişinin meytinin axrarışları göldə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR