Qazaxda 5 hektar sahədə quru ot və kol-kos yanıb

Qazaxda 5 hektar sahədə quru ot və kol-kos yanıb
# 07 iyul 2021 13:32 (UTC +04:00)

07.07.2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Qazax rayonu, Fərəhli kəndində, sərhəd zolağı boyunca quru ot yanması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal əraziyə nazirliyin DYMX-in müvafiq qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı təxminən 5 ha sahədə quru ot və kol-kos yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR