Qazaxda avtobusun aşması nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb - YENİLƏNİB

Qazaxda avtobusun aşması nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb - YENİLƏNİB
# 05 iyul 2021 22:12 (UTC +04:00)

Qazaxda avtobusun aşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatın görə, xəsarət alan şəxslər – 1986-cı il təvəllüdlü İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, 1998-ci il təvəllüdlü İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilov Yusif Tahir oğlu, azyaşlı İbrahimxəlilova Mehriban Tahir qızı azyaşlı, İbrahimxəlilov Pənah Mehman oğlu, 2020-ci il təvəllüdlü İbrahimxəlilova Mədinə Mehman qızı və 7 yaşlı İbrahimxəlilova Nərmin Natiq qızıdır.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

***

21:34

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "Sprinter" sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2-si uşaq olmaqla, 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadidə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR