Qazaxda baş verən qəzada 3 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Qazaxda baş verən qəzada 3 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB
# 02 avqust 2021 21:24 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər - 1994-cü il təvəllüdlü Qorxmaz Məmmədzadə, 1994-cü il təvəllüdlü Anar Hüseynli və 1964-cü il təvəllüdlü Sahil Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR