Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 04 dekabr 2021 19:41 (UTC +04:00)

Qazaxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü Emil İsgəndərov və 1969-cu il təvəllüdlü Rasim Çobanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR