Qazaxda iki maşın toqquşub

Qazaxda iki maşın toqquşub
# 13 noyabr 2021 17:07 (UTC +04:00)

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Çaylı kəndində "VAZ "markalı minik avtomobili digər minik avtomobili ilə toqquşub.

Qəza zamanı 1989-cu il təvəllüdlü Ayaz Nurəliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR