Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1975-ci il təvəllüdlü Siyavuş Kərimovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.