Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb
# 02 sentyabr 2021 00:28 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "VAZ"maraklı minik maşını toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Bəhram Qurbanov, 1989-cu il təvəllüdlü Ziyad İmamquliyev və 1972-ci il təvəllüdlü Səyyad Pənahov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR