Qəbələdə irigövdəli ağac aşıb, təhlükəsiz gediş-gəlişə maneə yaradıb

Qəbələdə irigövdəli ağac aşıb, təhlükəsiz gediş-gəlişə maneə yaradıb
# 26 sentyabr 2021 09:39 (UTC +04:00)

Qəbələ rayonunda irigövdəli ağacın aşması nəticəsində yol bağlanıb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.

FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub. Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR