Qəbələdə su quyusuna düşən uşaq ölüb

Qəbələdə su quyusuna düşən uşaq ölüb
# 21 oktyabr 2021 16:36 (UTC +04:00)

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2018-ci il təvəllüdlü Əliyev Seymur Teymur oğlu həyətdə oynayarkən valideynlərinin nəzarətindən yayınaraq su quyusuna düşüb. Köməksiz vəziyyətdə qalan azyaşlı suda boğularaq ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR