Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 12 iyul 2021 10:01 (UTC +04:00)

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

“90-SB-700” dövlət nömrə nişanlı "Mercedes" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində "KİA"nın mühərrik hissəsində yanğın baş verib.

Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-nin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qəza zamanı Şahin Bağırov, Gülnaz Qurbanova və adları hələ bilinməyən 2 nəfər xəsarət alıb. Yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR