Qohumunun evindən xeyli miqdarda pul oğurlayan şəxs tutulub

Qohumunun evindən xeyli miqdarda pul oğurlayan şəxs tutulub
# 08 iyul 2021 12:19 (UTC +04:00)

Abşeronda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki evlərin birindən 9600 manat pul oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu, Saray qəsəbə sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR