Qubada 4,2 ton çətənə kolu aşkar edilib - FOTO

Qubada 4,2 ton çətənə kolu aşkar edilib - FOTO
# 28 iyun 2021 17:37 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR