Qubada ana və uşağı kanala düşüb, ana ölüb

Qubada ana və uşağı kanala düşüb, ana ölüb
# 14 iyul 2021 09:35 (UTC +04:00)

Qubanın Vəlvələ kəndində bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 34 yaşlı Diləfruz Mustafayeva 13 yaşlı qızı Lamiyənin Samur-Abşeron kanalına düşdüyünü görüb özünü suya atıb. Qadının həyat yoldaşı Asəf Mustafayev yaxınlıqdakı insanların köməyi ilə qızını sudan çıxara bilsə də həyat yoldaşı boğularaq ölüb. Onun cəsədi sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

13 yaşlı L. Mustafayeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR