Qubada iki azyaşlını elektrik cərəyanı vurub, biri ölüb

Qubada iki azyaşlını elektrik cərəyanı vurub, biri ölüb
# 14 iyun 2021 10:36 (UTC +04:00)

Qubada bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar.

Nəticədə Polad Fərhadov yerindəcə ölüb, U.Bayramov isə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin stabil olduğu deyilir.

Faktla bağlı araşdırmalar aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR