Qubada maşın ağaca çırpılıb, 5 nəfər ölüb - YENİLƏNİB

Qubada maşın ağaca çırpılıb, 5 nəfər ölüb - YENİLƏNİB
# 25 avqust 2021 10:04 (UTC +04:00)

Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.

Onların kimliyi dəqiqləşdirilir.

***

09.06

Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR