Qubada modul tipli məktəb yanıb - FOTO - VİDEO

Qubada modul tipli məktəb yanıb - FOTO  - VİDEO
# 02 dekabr 2021 15:44 (UTC +04:00)

Ötən gün gecə saatlarında Qubanın Zıxır kəndində modul tipli məktəbdə yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə verilən modul məktəb yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğın qısaqapanma səbəbindən baş verib.

Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR