Qusar və Xaçmazda ev yanıb

Qusar və Xaçmazda ev yanıb
# 03 avqust 2021 12:52 (UTC +04:00)

Qusar və Xaçmazda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qusar rayonunun Hil kəndində ümumi sahəsi 124 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Armudpadar kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın, mətbəxin yanar konstruksiyaları 47 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR