Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb - YENİLƏNİB

Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb - YENİLƏNİB
# 04 dekabr 2021 11:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Qusarda evdə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonunun Gündüzqala kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli (hər mərtəbəsi 150 m², aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

10.15

Qusar rayonunda yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Babayev Əşrəf Əmirağa oğluna məxsus yaşayış evi tamamilə yanıb. Evdə olan Ə.Babayev də yanaraq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR