Qusarda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var - FOTO

Qusarda yol qəzası

© APA | Qusarda yol qəzası

# 03 dekabr 2021 13:04 (UTC +04:00)

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza rayonun Həzrə kəndi ərazisində qeydə alınıb. 61 yaşlı Mirzə Fərəməzovun idarə etdiyi “Chevrolet” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı sürücü dünyasını dəyişib, sərnişin - 1992-ci il təvəllüdlü Əliməmmədova Xəyalə Bədrəddin qızı isə ağır xəsarətlər alıb. Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR