Qusarda mənzildə yanğın olub, xəsarət alan var

Qusarda mənzildə yanğın olub, xəsarət alan var
# 27 may 2021 09:07 (UTC +04:00)

Qusarda mənzildə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qusar rayonunun Cibir kəndində ümumi sahəsi 216 m² (hər mərtəbəsi 108 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 106 m² sahədə və dam örtüyü yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR