Qusarda qumbara və xeyli sursat aşkarlanıb - FOTO - VİDEO

Qusarda qumbara, xeyli sursat aşkarlanıb

© APA | Qusarda qumbara, xeyli sursat aşkarlanıb

# 24 noyabr 2021 11:06 (UTC +04:00)

Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR