Ramin Hacılı həbs olunub - VİDEO - YENİLƏNİB

Ramin Hacılı

© APA | Ramin Hacılı

# 10 iyul 2021 14:34 (UTC +04:00)

Ramin Hacılı həbs olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı dələduzluqda təqsirli bilinir.

R. Hacılı bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

Belə ki, barəsindəki cinayət işi ola-ola 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən tutulub.

2019-cu ildə o, azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR