Rusiyada azərbaycanlı diaspor rəhbəri koronavirusdan dünyasını dəyişib 

Rusiya Federasiyasının Kareliya Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Akif Quliyev

© APA | Rusiya Federasiyasının Kareliya Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Akif Quliyev

# 27 iyul 2021 22:58 (UTC +04:00)

Rusiya Federasiyasının Kareliya Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Akif Quliyev 62 yaşında vəfat edib.

APA nın Rusiya bürosunun məlumatına görə, Akif Nəcəf oğlu Quliyev koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Akif Quliyev Rusiya Federasiyasının Kareliya Respublikasında fəaliyyət göstərən "Odlar yurdu" Regional Azərbaycan milli - mədəni muxtariyyətinin sədri, Kareliya Respublikası hökuməti yanında Məsləhət Şurasının üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR