Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

Tofiq Rzayev

© APA | Tofiq Rzayev

# 28 iyun 2021 12:03 (UTC +04:00)

Rusiyanın Kalininqrad vilayətindəki Azərbaycan diasporunun rəhbəri vəfat edib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Kalininqrad vilayətindəki Azərbaycan icmasının rəhbəri Tofiq Rzayev 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olub. O, bir müddət Milli Məclisdə, daha sonra Kalininqrad vilayətinin qubernatorunun köməkçisi vəzifəsində və Vilayət Dumasında çalışıb, eyni zamanda, Kalininqrad ticarət-sənaye palatasının üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR