Rusiyada yol qəzasında sürücü və iki azyaşlı ölüb

Rusiyada yol qəzasında sürücü və iki azyaşlı ölüb
# 06 sentyabr 2021 01:38 (UTC +04:00)

Rusiyanın Adıgey Respublikası ərazisində ağır yol qəzası baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Krasnodar - Verxnebakanski federal magistralının Enem qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beş minik avtomobili və “KamAZ” yük maınının biri-birinə çırpılması nəticəsində “Hyundai”ın qadın sürücüsü və iki azyaşlı sərnişin həlak olub.

Uşaqların 14 və 12 yaşlarında olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR