Saatlı sakinindən qanunsuz ov silahı götürülüb

Saatlı sakinindən götürülmüş silah

© APA | Saatlı sakinindən götürülmüş silah

# 16 iyul 2021 11:53 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Seyidlər kənd sakini Natiq Quliyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR