Saatlı və Ağcəbədi rayonlarında fərdi yaşayış evi yanıb

Saatlı və Ağcəbədi rayonlarında fərdi yaşayış evi yanıb
# 27 oktyabr 2021 20:40 (UTC +04:00)

Saatlı rayonunun Soltanabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Cəfərbəyli kəndində isə ümumi sahəsi 224 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 124 m² sahədə, mətbəxində 6 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR